PDF Oxu

İqtisadiyyat

  • 4 020

EBRD ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına dəstək göstərəcək

image

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iqlim riskləri və imkanlarını müzakirə edib. SİA ASCO-ya istinadən xəbər verir ki, müzakirələr İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate related Corporate Governance system - CCG) layihəsinə dair səhmdar cəmiyyət və EBRD, həmçinin layihə üzrə məsləhətçi xidməti təqdim edən “Ernst&Young” (EY) şirkətinin nümayəndələri arasında aparılıb.Məlumata əsasən, görüş zamanı layihə çərçivəsində aparılmış qiymətləndirmənin nəticələri, iqlimlə bağlı tələblərin ASCO-nun fəaliyyətinə mümkün təsirləri, eləcə də iqlim riskləri və imkanları müzakirə edilib. Həmçinin görüşdə iqlimlə əlaqəli idarəetmə tədbirləri, davamlı maliyyələşdirmə üzrə yol xəritəsinə dair ətraflı məlumat təqdim olunub.Bundan başqa, görüşdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) S1 (Davamlılıqla əlaqədar Maliyyə Məlumatlarının Açıqlanması) və S2 (İqlimlə bağlı Açıqlamalar) standartlarının tələbləri və bu standartların gələcəkdə tətbiqi imkanları müzakirə edilib.CCG layihəsi çərçivəsində EBRD ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına, şirkətin fəaliyyətinin Paris Sazişinin hədəflərinə uyğunlaşdırılmasına dəstək göstərəcək. Eyni zamanda, layihə Davamlılıqla Əlaqəli Maliyyələşdirmə Çərçivəsinin (SLFF) hazırlanmasını nəzərdə tutur ki, bu da ASCO-nun davamlılıqla əlaqəli kreditlər (SLL) və davamlılıqla əlaqəli istiqrazlar (SLB) əldə etməsinə imkan yaradacaq.Qeyd edək ki, EBRD CCG təsisini yaradan ilk beynəlxalq maliyyə qurumudur. Bu layihə iqlim dəyişikliyinin təsirləri ilə bağlı qərar qəbuletmə, bu istiqamətdə məlumatların açıqlanması, idarəetmənin təkmilləşdirilməsi üçün AYİB-in tətbiq etdiyi qaydalar, təcrübələr və proseslər toplusudur.

Digər xəbərlər

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...

Bazar nikbinlik üçün səbəb tapdı...

Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...