PDF Oxu

İqtisadiyyat

  • 4 259

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 50 % artıb

image

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 256,9 milyon ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 50 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanla MDB ölkələrinə ixracının dəyəri 7,05 % azalaraq 188,4 milyon ABŞ dollarına, Birlik ölkələrindən idxalının dəyəri isə 68,2 % artaraq 1 milyard 68,5 milyon ABŞ dollarına çatıb.

2 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,9 %, ümumi idxalında payı isə 26,9 % təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan və Türkmənistanla formalaşıb. Belə ki,

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 997,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 150,9 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 847 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 68,7 % artıb, ixrac 2,7 % azalıb, idxal isə 94,2 % artıb.

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri 71,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 12,2 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 59,7 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 33,2 %, ixrac 67,1 %, idxal isə 27,9 % artıb.

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin dəyəri 66,4 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 10,7 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 55,6 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 7 %, idxal isə 19,3 % azalıb, ixrac isə 97,7 % artıb,

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 65 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 5,5 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 59,5 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 28 dəfə, ixrac 42,1 %, idxal isə 3,1 dəfə artıb.

Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin dəyəri 50,5 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 6,7 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 43,8 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 31,7 %, ixrac 44,9 %, idxal isə 29 % azdır.

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin dəyəri 2,6 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 0,8 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri 1,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 86,8 %, ixrac 95,5 % azalıb, idxal isə 17,2 % artıb.

Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 0,5 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 0,8 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 26,9 %, ixrac 29,1 %, idxal isə 24,8 % artıb.

Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 1,1 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 0,2 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 3,8 dəfə, ixrac 5,2 dəfə, idxal isə 1,6 dəfə çoxdur.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...