PDF Oxu

İqtisadiyyat

  • 3 099

Neft ucuzlaşır

image

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti saat 09:14-ə olan məlumata görə, bir barel üçün 73,4 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki hərracların bağlanış qiymətinə nisbətən 0,23 ABŞ dolları (0,31 %) azdır. SİA xəbər verir ki, bu müqavilələrin qiyməti martın 22-də 0,4 ABŞ dolları ucuzlaşaraq 73,63 dollar/barel təşkil edib.

Ümumiyyətlə, may fyuçersləri ilə hərraclar bazar ertəsi bazarın bağlanması ilə başa çatacaq. Daha aktiv ticarət edilən iyun kontraktları isə 0,26 ABŞ dolları (0,36 %) azalaraq 72,5 dollar/barel səviyyəsinə düşüb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçersləri 0,3 ABŞ dolları (0,43 %) ucuzlaşaraq bir barelə görə 69,06 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktların dəyəri 0,56 ABŞ dolları azalaraq 69,36 dollar/barel olub.

"OPEC+" ölkələrinin hasilatı artıracağına dair gözləntilər və ABŞ-nin idxal rüsumlarının tətbiqinin nəticələri ilə bağlı narahatlıqlar neft qiymətlərinə təzyiq göstərir.

"OPEC+" aprel ayında hasilatın tədricən artırılmasına başlamaq niyyətindədir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu, tələb artdıqca bazarın tədricən doymasına imkan verəcək.

Bu arada ABŞ-nin digər ölkələrdən gələn mallara "güzgü tarifləri" çərşənbə günündən etibarən qüvvəyə minməlidir. Bu perspektiv iqtisadi artımı yavaşlada və enerji tələbini məhdudlaşdıra biləcək qlobal ticarət müharibəsi ilə bağlı investorlar arasında narahatlığı artırıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...