PDF Oxu

İqtisadiyyat

  • 4 029

Pambıq istehsalçılarına məhsulun qəbulu haqqında qəbz elektron formada veriləcək

image

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır. SİA xəbər verir ki, bununla bağlı “Pambıqçılıq haqqında” qanunda dəyişiklik olunması təklif edilir.Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.İclasda qeyd edilib ki, pambığın qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması prosesin elektronlaşmasına və asanlaşmasına mane olur. Belə ki, vətəndaşlar qəbzi skan edərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə məcbur olurlar.Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə əsasən malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış “elektron qaimə-faktura” və ya “elektron alış aktı” altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.Qanun layihəsi qəbul edilərsə, pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılması mümkün olacaq.Həmçinin sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...