PDF Oxu

Cəmiyyət

  • 366

Qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri - Azərbaycan-Zimbabve - ŞƏRH

image

Artıq 35 ilə yaxın müddət ərzində Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsi, eləcə də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində müstəqil siyasət həyata keçirən müasir Azərbaycan Respublikası özünün çoxvektorlu xarici siyasətində dünya dövlətləri ilə qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətlərinin qurulması və davamlı olaraq inkişaf etdirilməsini prioritet olaraq elan edib. Xüsusilə, ölkəmizin BMT Baş Assambleyasından sonra dünyada ən böyük beynəlxalq təsisat olan, özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi dövründə üçüncü dünya dövlətləri ilə daha sıx, hərtərəfli əməkdaşlığın qurulması imkanları yarandı.

Belə ki, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın sədrliyi ilə 26 noyabr 2021-ci il tarixində təsis olunan QH Parlament Şəbəkəsi ölkələr arasında münasibətlərin Parlament səviyyəsində daha da dərinləşməsində əməli rol oynadı. Bu məcrada, Azərbaycanın istər hökumətlər, istərsə də parlamentlərarası əlaqələrinin daha da inkişaf etdiyi ölkələrdən biri də Cənubi Afrikada yerləşən Zimbabve Respublikası oldu.

Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında diplomatik münasibətlər 2008-ci ilin 24 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokolun imzalanması ilə qurulmuşdur. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Hər iki dövlət beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Zimbabve ilə əlaqələr daha da intensiv xarakter almışdır. Zimbabve Prezidentinin ölkəmizə ilk səfəri də məhz 2019-cu ilə təsadüf edib. Həmin ilin 19 yanvar tarixində Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycanda işguzar səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü iki ölkə arasında həm qarşılıqlı siyasi əlaqələrin inkişafı, həm də müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi baxımından əlamətdar idi.
Multikultural dəyərlərə, tolerantlığa sadiqliyin təzahürü olaraq Azərbaycanın təşəbbüsü ilə yaradılanQoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun 02 mart 2023-cü il tarixində keçirilən Zirvə Görüşündə Zimbabve Respublikası Bakı şəhərində Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olundu.

Daha sonra ölkə başçıları arasında növbəti təmasBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində 10 noyabr 2024-cü ildə baş tutdu. Həmin görüşdə artıq əməkdaşlığın daha geniş aspektlərdə inkişaf istiqamətləri, habelə energetika, o cümlədən bərpa olunan enerji, yaşıl iqtisadiyyatın təşviqi müzakirə olundu.

Qeyd edək ki, COP29 zamanı Azərbaycanın təşəbbüs etdiyi və inkişaf etməkdə olan dövlətlərin maraqlarını əks etdirən “Qlobal Cənub” platforması Zimbabve tərəfindən də müsbət qarşılanmış, iqlim ədaləti, ədalətli enerji keçidi və Dayanıqlı İnkişaf Məqsədləri universal sənədinin hədəflərinin dəstəklənməsi istiqamətində birgə səylərin göstərilməsi geniş müzakirə olundu.

Zimbabve ilə parlamentlərarası əlaqələr də son illərdə faəllaşmaqdadır. Xüsusilə COP29 zamanı Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycan və Zimbabve Parlamentləri sədrlərinin görüşü münasibətlərin dərinləşməsində əməli rol oynadı.

Eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Azərbaycan–Zimbabve Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu iki ölkə Parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qanunverici sahədə qarşılıqlı dəstəyin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.

Ümumiyyətlə, Zimbabve Parlamenti də Azərbaycanla əməkdaşlığa maraq göstərir və qarşılıqlı səfərlər vasitəsilə əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. Azərbaycan Respublikası Milli Məclisinin sədrinin tapşırığı ilə 2025-ci ilin 04-08 may tarixlərində mənim də daxil oluğum Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Zimbabve Respublikasına həyata keçirilənrəsmi səfəri parlamentlərarası münasibətlərin inkişafında növbəti mərhələ kimi baş tutdu.

Zimbabvenin Azərbaycanla əməkdaşlığa göstərdiyi maraq, həmçinin qarşılıqlı dəvətlər, Qoşulmama Hərəkatı çərçivəsində ortaq təşəbbüslər göstərir ki, bu münasibətlərin gələcəyi parlaqdır. Xüsusilə, “Qlobal Cənub” təşəbbüsünün bu gün beynəlxalq gündəmdə daha geniş səslənməsi Azərbaycan–Zimbabve əməkdaşlığına da özmüsbət təsirini göstərir.

Dünyada sülhün, təhlükəsizliyin, xalqlar üçün rifah içində, daha ədalətli həyatın carçısı olan Azərbaycan təşəbbüskar ölkə kimi Zimbabve də daxil olmaqla, inkişaf etməkdə olan dövlətlərin səsini beynəlxalq arenada çatdırmaqda qətiyyətlidir. Bu isə münasibətlərin yalnız hökumət və parlament müstəvisində deyil, həm də iqtisadi, mədəni və humanitar aspektlərdə dərinləşəcəyini ortaya qoyur.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Digər xəbərlər