PDF Oxu

İqtisadiyyat

  • 4 295

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

image

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (81,36 MB/S) görə may ayına nisbətən 4 pillə irəliləyərək 152 ölkə arasında 83-cü olub. SİA “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,87 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (393,15 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.Azərbaycan iyunda mobil internetin sürətinə görə isə may ayına nisbətən 2 pillə irəliləyərək 72,52 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub.Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (546,14 MB/S), sonuncu yeri isə Boliviya (13,92 MB/S) tutub.Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən sabit qalaraq 196 şəhər arasında 78,78 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (347,52 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,55 MB/S) qərarlaşıb.Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 88,2 MB/S sürətlə 150 şəhər arasında 87-ci olub.Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (561,48 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,76 MB/S) tutub.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...