Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
...Norveç hökuməti Şimal dənizindəki üç bağlanmış qaz yatağında hasilatı bərpa etmək və xüsusilə dənizdə neft-qaz kəşfiyyatı üçün lisenziyalı sahələri genişləndirmək qərarına gəlib.
SİA-nın məlumatına görə, NRK bu barədə çərşənbə axşamı, 5 may tarixində bildirib.
Baş nazir Yonas Qar Store Norveç hökumətinin cənub Şimal dənizindəki üç qaz yatağında - Albuskjell, Vest Ekofisk və Tommeliten Gamma - hasilatı bərpa etmək planını qəbul etdiyini açıqlayıb.
1998-ci ildə bağlanan yataqların təxminən 19 milyard NOK ümumi investisiya ilə yenidən açılması planlaşdırılır.
Onların əsasən qaz, eləcə də kondensat olmaqla 90-120 milyon barel neft ekvivalenti hasil edəcəyi gözlənilir.
Hasilat 2028-ci ilin sonlarında başlayacaq və potensial istismar müddəti 2048-ci ilə qədər olacaq.
Qaz boru kəməri ilə Almaniyaya, kondensat isə Böyük Britaniyaya çatdırılacaq.
Köhnə yataqların yenidən açılması ilə yanaşı, hökumət geoloji kəşfiyyat üçün 70 yeni dəniz dibi sahəsini tenderə çıxarıb.
Bunlardan 38-i Barents dənizində, 10-u Norveç dənizində və 22-si Şimal dənizində yerləşir. Kəşfiyyat sahələri Norveç sahillərinə görünməmiş dərəcədə yaxın məsafədə yerləşir. Hökumət qərarı geosiyasi qeyri-sabitlik fonunda Avropada enerji sabitliyinin təmin edilməsi zərurəti ilə izah edir.
Eyni zamanda, ətraf mühit təşkilatları və bəzi siyasi qüvvələr sahil və ətraf mühit üçün yaratdığı risklərə görə planı tənqid ediblər.
Nazlı Almuradova
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…
...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...
Müəssisələr alışları və inventar səviyyələrini azaldır...
Azərbaycan ərazisindən tranzit keçməklə...