PDF Oxu

İqtisadiyyat

  • 1 014

“Rəqəmsal maliyyənin inkişafı əməkdaşlıqdan asılıdır” - İQBAL RÜSTƏMOV

image

“Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin inkişafı dövlət qurumları, banklar, fintech şirkətləri, ödəniş təşkilatları, tənzimləyici qurumlar və media arasında səmərəli əməkdaşlıqdan asılıdır. Onun sözlərinə görə, bu sahədə davamlı dialoq və birgə fəaliyyət innovativ maliyyə həllərinin uğurla tətbiqi üçün əsas şərtlərdən biridir”.

SİA xəbər verir ki, bu sözləri “PashaPay” şirkətinin nümayəndəsi İqbal Rüstəmov “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda maarifləndirici tədbirdə olan panel müzakirəsində deyib.İ.Rüstəmov qeyd edib ki, rəqəmsal maliyyə xidmətlərinin inkişafı təkcə yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu prosesin uğurlu olması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, bazar iştirakçıları arasında koordinasiyanın gücləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılması da mühüm rol oynayır.O bildirib ki, müasir texnologiyaların imkanlarından səmərəli istifadə maliyyə sektorunun dayanıqlı inkişafına, innovasiyaların təşviqinə və ölkədə rəqəmsal transformasiya prosesinin sürətlənməsinə əhəmiyyətli töhfə verir. Eyni zamanda, rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, elektron xidmətlərin əlçatanlığının artırılması və təhlükəsiz maliyyə infrastrukturunun formalaşdırılması vətəndaşlara daha keyfiyyətli və operativ xidmətlərin göstərilməsinə imkan yaradır.İqbal Rüstəmov əlavə edib ki, innovativ maliyyə ekosisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın rəqəmsal iqtisadiyyatının güclənməsinə, nağdsız ödənişlərin həcminin artmasına və maliyyə xidmətlərinin daha geniş kütlə üçün əlçatan olmasına xidmət edir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər