“Kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun prioritet sahələrindən biri qismində çıxış edir və hər il dövlət büdcəsindən qeyd edilən sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir”.SİA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2026-cı ilin 25 may tarixli Sərəncamla “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.“Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Bildirmək istərdim ki, Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur”.
Müəllif: Günel Fərzəliyeva
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?