PDF Oxu

İqtisadiyyat

  • 2 496

Bakıda Yaşıl Enerji Dəhlizinin nazirlər görüşü başlayıb

image

Bakıda Yaşıl Enerji Dəhlizinin 12-ci nazirlər görüşü keçirilir.SİA xəbər verir ki, görüşdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin yüksək səviyyəli nümayəndələri iştirak edir.İclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Macarıstanın İqtisadiyyat və Energetika Nazirliyinin dövlət katibi Andraş Tot və Rumıniyanın energetika naziri Kristian Buşoi də təmsil olunurlar.Tədbir çərçivəsində Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması müzakirə olunur, həmçinin layihənin növbəti mərhələləri üzrə fəaliyyət planı hazırlanacaq.Qeyd edək ki, 17 dekabr 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq" haqqında dördtərəfli saziş imzalanıb. Saziş Cənubi Qafqaz və Avropa arasında enerji təchizatı mənbələrinin şaxələndirilməsini, enerji təhlükəsizliyinin gücləndirilməsini və regionun strateji əhəmiyyətinin artırılmasını nəzərdə tutan yeni yaşıl enerji marşrutunun yaradılmasını hədəfləyir.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...