İyulun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti” hazırlanıb.SİA xəbər verir ki, yeni nəşrin təqdimatı tədbirində qurumun rəhbər şəxsləri, kitabın rəyçiləri, Nazirlik yanında İctimai şuranın üzvləri də daxil olmaqla müxtəlif ictimai birliklərin nümayəndələri iştirak edib.Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına lüğət haqqında məlumat verib. Bildirib ki, bu nəşr əmək bazarı sahəsində ilk izahlı lüğət kimi mühüm əhəmiyyət daşıyır və sahədə vahid terminoloji bazanın formalaşdırılmasına xidmət edir.Əmək bazarının müxtəlif aspektlərini əhatə edən 4 əsas istiqamət üzrə hazırlanan lüğətdə Azərbaycan və ingilis dillərində 5500 terminin əsaslı izahı verilib.Daha sonra lüğətin rəyçilərinin fikirləri dinlənilib. Nazirlik yanında İctimai şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov lüğətin önəmindən bəhs edib. O, yeni lüğətin istər dövlət, istərsə özəl sektor üçün nəzəri və praktik baxımdan dəyərli mənbə olduğunu vurğulayıb. Hüquq elmləri doktoru, professor Mayis Əliyev əmək münasibətlərində hüquqi terminlərin dəqiq izahının əmək bazarı iştirakçıları, habelə qeyri-hökumət təşkilatları üçün əhəmiyyətini diqqətə çatdırıb.Nəşrin əmək bazarı ilə bağlı məlumatlılığın artırılmasına və terminoloji vahidliyin təmin edilməsinə, bu sahəyə dair müxtəlif terminlərin düzgün anlaşılmasına və onlardan düzgün istifadəyə xidmət edəcəyi, müvafiq sahənin öyrənilməsi ilə məşğul olanlar üçün yol xəritəsi olacağı qeyd edilib.
Lətifə Abdıyeva
Analitiklər bunu hökumətin ipoteka proqramları ilə əlaqələndirirlər...
Tanrının dəyirmanları çox yavaş, amma qaçılmaz şəkildə üyüdür...
İşğal olunmuş yarımadanın bir neçə yaşayış məntəqəsində elektrik kəsilib...