Bu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib.
SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, dəyər baxımından 847 min dollar (2,6 %), həcm baxımından isə 5 min 307 ton (11,6 %) azdır.
Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.
Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...