PDF Oxu

İqtisadiyyat

  • 1 903

"Ölkəmizlə Çin arasında biznes əlaqələrinin şaxələnməsi..." - Mikayıl Cabbarovdan PAYLAŞIM

image

Azərbaycanla Çin arasında biznes əlaqələrinin perspektivləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini ilə görüşünə dair paylaşımında bildirib.

"Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşümüzdə ölkəmizlə Çin arasında biznes əlaqələrinin şaxələnməsini və əməkdaşlıq perspektivlərini vurğuladıq.

Birgə layihələrin icrası, müasir texnologiyaların, innovasiyaların və nou-haunun tətbiqi, eləcə də təcrübə transferi məsələlərini müzakirə etdik", - o qeyd edib.

Mətləb

Digər xəbərlər

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...

Reuters: Rusiya neft strategiyasının uğursuzluğunu etiraf edir...

Kreml neft hasilatı proqnozunu kəskin şəkildə aşağı salıb...

Rusiyada kütləvi əməkhaqqı borcları başlayıb

Təxminən iki min Kuzbass mədənçisi aylardır ki, maaşlarını ala bilmir...