PDF Oxu

İqtisadiyyat

  • 2 182

Ermənistandan Azərbaycana 17 milyon dollarlıq ÖDƏMƏ

image

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Ermənistana həyata keçirilən ixrac Azərbaycanın ümumi ixracının 0,09 faizini təşkil edib.

Bildirilib ki, Azərbaycan cari ilin mart ayında ilk dəfə Ermənistandan məhsul idxal edib. Həmin ay Ermənistandan Azərbaycana 960 dollar dəyərində məhsul gətirilib.

İyul ayında isə Ermənistandan Azərbaycana məhsul idxalı qeydə alınmayıb.

Beləliklə, ilin ilk yeddi ayında Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsində əsas göstərici Azərbaycanın Ermənistana həyata keçirdiyi 17,37 milyon dollarlıq ixrac olub.

Mətləb

Digər xəbərlər

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...