PDF Oxu

İqtisadiyyat

  • 1 265

“Əsas məqsəd yerli məhsulu rəqabətədavamlı etməkdir” - İQTİSADÇI

image

"İdxaldan asılılığın azalması üçün ilk növbədə yerli istehsalın maya dəyərini aşağı salmaq və məhsuldarlığı artırmaq lazımdır. Bunun üçün fermerlərin və istehsalçıların müasir texnologiyalara, ucuz maliyyəyə, keyfiyyətli toxum və xammala çıxışı genişləndirilməlidir".Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.Onun sözlərinə görə, subsidiyalar sadəcə istehsal prosesinə deyil, real məhsuldarlığa, keyfiyyətə və satış nəticələrinə bağlanmalıdır:"Yerli məhsulların rəqabət qabiliyyətini artırmaq üçün logistika, anbar, soyuducu və emal infrastrukturu da inkişaf etdirilməlidir. Xüsusilə kənd təsərrüfatında məhsulun tarladan bazara qədər itkilərinin azaldılması qiymətlərin aşağı düşməsinə və istehsalçının gəlirinin artmasına imkan verə bilər.Digər vacib məsələ yerli istehsalçıların bazara çıxışıdır. Böyük ticarət şəbəkələri ilə fermer və kiçik istehsalçılar arasında birbaşa əlaqələrin yaradılması, kooperasiyaların inkişaf etdirilməsi və uzunmüddətli satınalma müqavilələrinin artırılması vacibdir. Eyni zamanda, yerli məhsulların keyfiyyət standartları yüksəldilməli, onların ixrac imkanları genişləndirilməlidir.İdxalı inzibati yollarla məhdudlaşdırmaq əsas həll yolu deyil. Əgər yerli məhsul keyfiyyət, qiymət və çeşid baxımından rəqabət apara bilmirsə, yalnız gömrük məhdudiyyətləri istehlakçı üçün qiymət artımına səbəb ola bilər. Ona görə əsas məqsəd idxalı qadağan etmək yox, yerli məhsulu idxal olunan məhsulla rəqabət apara biləcək səviyyəyə gətirmək olmalıdır".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər