PDF Oxu

İqtisadiyyat

  • 999

SOCAR Özbəkistanda şəbəkə quracaq

image

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəknefteqaz Səhmdar Cəmiyyəti Özbəkistanda avtomobillərin yanacaqdoldurma məntəqələri üçün müasir şəbəkənin inkişafı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıblar. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə səfəri ərəfəsində, iki ölkənin IV Regionlararası Forumu çərçivəsində imzalanıb.

Özbəknefteqaz mətbuat xidmətinin məlumatına görə, bu müqavilə tərəflər arasında bu sahədə əməkdaşlığın əsas prinsiplərini müəyyən edir. O, Özbəkistanda müasir yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişaf etdirilməsi imkanlarının birgə öyrənilməsini və qiymətləndirilməsini, perspektivli yerlərin və obyektlərin müəyyən edilməsini, eləcə də layihənin həyata keçirilməsi üçün məqbul biznes modellərinin və praktik mexanizmlərin birgə nəzərdən keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, bu ilin may ayında Özbəkistan prezidenti Şavkat Mirziyoyev “Özbəkistan Enerji Həftəsi — 2026” forumunda iştirak etmək üçün ölkəyə gələn Azərbaycan SOCAR şirkətinin baş direktoru Rövşən Nəcəfi də qəbul etmişdi. Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdu. Özbəkistan və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq fəal şəkildə inkişaf edir. Özbəkistanın “Uzletineftegaz” və SOCAR-ın NIPI Neftegaz institutlarının bazasında yaradılan “Neftqaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sektorunda uğurla fəaliyyət göstərir.

Həmçinin, 2024-cü ildə SOCAR və “Özbəkneftegaz” ASC tərəfindən yaradılan Turan Energy APESCO birgə müəssisəsi “Azərikimya” istehsalat birliyində istehsal olunan yüksək təzyiqli polietileni Özbəkistana ixrac edir.

Digər xəbərlər