PDF Oxu

İqtisadiyyat

  • 1 191

Tarixi səfərdə yeni əməkdaşlıqlar: bank, tikinti, təhsil...

image

Özbəkistan və Azərbaycan arasında yeni birgə layihələrə start verilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev birgə layihələrin açılış mərasimində iştirak ediblər.

Mərasim çərçivəsində bank sektorunda əməkdaşlıq, tikinti materiallarının istehsalı və təhsil müəssisələrinin yaradılması layihələri də təqdim edilib. Eyni zamanda, avtomobillər üçün yanacaqdoldurma infrastrukturunun yaradılması, böyük turizm və yaşayış komplekslərinin tikintisi, mineral xammalın emalı və bağçılıq üzrə birgə layihələr də təqdim edilib.

Tədbir iştirakçıları regionlardakı layihə sahələrindən onlayn ünsiyyət quraraq görülən işlər barədə məlumat veriblər. Qeyd edilib ki, yeni birgə layihələr iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsinə, qarşılıqlı investisiyaların həcminin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi əməkdaşlığın konkret praktik məzmunla zənginləşdirilməsinə xidmət edəcək.

Daha əvvəl prezidentlər Kuksaroy iqamətgahında dar dairədə görüş və Ali Dövlətlərarası Şuranın üçüncü iclasını keçiriblər. Danışıqlarda Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Şavkat Mirziyoyev İlham Əliyevin hazırkı dövlət səfərinin tarixi hadisə olduğunu vurğulayıb.

Digər xəbərlər