PDF Oxu

İqtisadiyyat

  • 2 840

Azərbaycan banklarında əhalinin əmanətləri il ərzində 16 %-ə yaxın artıb

image

Bu il avqustun 1-nə Azərbaycan banklarının depozit portfeli 44 milyard 501,1 milyon manat təşkil edib.

SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 6,55%, ötən il avqustun 1-i ilə müqayisədə 6,5 % çoxdur.

Depozit portfelinin 50 %-i, yaxud 22 milyard 244,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,8 % artaraq 17 milyard 896,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 41,8 % artaraq 4 milyard 360,2 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 823 milyon manatı (1 il əvvələ nisbətən 6,2 % çox) qısamüddətli, 20 milyard 678,1 milyon manatı (+6,85 %) isə uzunmüddətli olub.

Digər xəbərlər

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...

Bazar nikbinlik üçün səbəb tapdı...

Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...