Qlobal səhm və istiqraz bazarlarında cümə axşamı yüksəliş müşahidə olunub. İnvestorların diqqəti ABŞ-da açıqlanacaq iqtisadi göstəricilərə və mərkəzi bank rəsmilərinin çıxışlarına yönəlib. Bu məlumatların Federal Ehtiyat Sisteminin (FED) bu ay faiz dərəcəsini artıracağı ilə bağlı gözləntiləri gücləndirə biləcəyi bildirilir.
Yaponiyanın dövlət istiqrazlarının gəlirliliyi son günlərdəki rekord səviyyələrdən geriləyib. Eyni zamanda, yen son iki gündə təxminən 2 faiz möhkəmlənərək son bir ayın ən güclü iki günlük artımına yaxınlaşıb.
ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,766 faizə, Almaniyanın 10 illik istiqrazlarının gəlirliliyi isə 3,363 faizə enib.
Valyuta bazarında dollar indeksi 0,34 faiz azalaraq 99,25 bəndə düşüb. Avro 0,16 faiz, funt sterlinq isə 0,1 faiz bahalaşıb.
Neftin qiyməti isə ucuzlaşıb. Brent markalı neft 1,1 faiz azalaraq bir barel üçün 94,57 dollara düşüb. Buna baxmayaraq, ABŞ və İran arasında yenidən baş verən qarşılıqlı hücumlar Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqları artırıb.
Qızılın qiyməti isə 1,14 faiz artaraq bir unsiya üçün 4 436,34 dollara çatıb. Geosiyasi qeyri-müəyyənlik və ABŞ dollarının dəyərinin azalması ilə bağlı narahatlıqlar investorların qızıla marağını artırır.
Kreml neft hasilatı proqnozunu kəskin şəkildə aşağı salıb...
Təxminən iki min Kuzbass mədənçisi aylardır ki, maaşlarını ala bilmir...
Güclü rubl büdcə üçün problemə çevrilib...
Ukrayna bazarın anbarlarını hədəf alır...
Qazaxıstan şirkətləri Rusiyaya yanacaq tədarük etməkdən imtina ediblər...