"Ət və süd məhsulları yüksək risk qrupuna aid olan məhsullardır. Bu baxımdan temperatur rejiminə və saxlanma şəraitinə mütləq riayət etmək lazımdır. Bakteriyaların əsasən sürətli çoxaldığı temperatur aralığı 5 ilə 60 dərəcə arasıdır. Bu şəraitdə onların sayı hər 10-20 dəqiqədən bir iki dəfə arta bilir". Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.Onun sözlərinə görə, soyuducunun daxili temperaturu 0-4 dərəcə arasında, dondurucu kamerası isə -18 dərəcə və daha aşağıda saxlanmalıdır: "Çiy ət və quş əti məhsulları özündə milyardlarla patogen mikroorqanizm daşıyır. Onların bişmiş, ya birbaşa istehlak olunan hazır qidalarla təmas etməsi, eyni kəsim taxtasından istifadə olunması ağır qida zəhərlənmələrinə səbəb ola bilir.Çiy ət, toyuq və balıq məhsulları mütləq qapalı qablarda, ya paketlərdə, digər qidalardan aşağıda saxlanmalıdır ki, onların şirəsi digər qidaların üzərinə damlamasın. Bişmiş yeməklər, süd məhsulları, qatıq və pendirlər isə üst və orta rəflərdə saxlansa, yaxşı olar. Dondurucunun qapı hissəsi ən az soyuq hissə olduğundan buraya yalnız souslar, içkilər və yağ qoyulmalıdır. Tez xarab olan süd və yumurta qapıda saxlanılmamalıdır.Ət və ya toyuq məhsulları heç vaxt otaq temperaturunda əridilməməlidir. Əridilmə prosesi ya soyuducunun aşağı rəfində, ya da soyuq suda dəyişdirilməklə edilməlidir. Bir dəfə əritdikdən sonra təkrar dondurmaq olmaz.Hazırlanan yeməklər otaq temperaturunda 2 saatdan çox, isti havada 1 saatdan çox saxlanılmamalıdır. Soyuducuya qoyulmalıdır. Soyuducuya qoymadan əvvəl tam soyumasını gözləməliyik. Çox isti qab soyuducunun ümumi daxili temperaturuna mənfi təsir edə bilər".
Müəllif: Lətifə Musayeva
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...