Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb.Bu barədə SİA-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur.Yanvar-iyun aylarında ölkədən xaricə birbaşa investisiya qoyuluşunun məbləğinə görə ilk 5-likdə həmçinin Türkiyə (603,8 milyon ABŞ dolları, 3,4 dəfə çox), Böyük Britaniya (329,2 milyon ABŞ dolları, 5,1 dəfə çox), BƏƏ (270,1 milyon ABŞ dolları, 72,8 % çox) və Gürcüstan (114 milyon ABŞ dolları, 47,7 % çox) qərarlaşıb.Hesabat dövründə xaricdən Azərbaycana yönəldilmiş 3 milyard 666,9 milyon ABŞ dolları birbaşa investisiyanın isə 936,4 milyon ABŞ dolları Böyül Britaniyanın payına düşüb. Bu, 1 il əvvələ nisbətən 16,1 % çoxdur.6 ayda ölkəyə xaricdən birbaşa investisiya qoyuluşunun məbləğinə görə ilk 5-likdə həmçinin Türkiyə (902,7 milyon ABŞ dolları, 43,6 % çox), Cənubi Kipr (411,1 milyon ABŞ dolları, 16,3 % çox), Rusiya (237,1 milyon ABŞ dolları, 82,8 % çox) və İran (203,8 milyon ABŞ dolları, 15,8 % çox) qərarlaşıb.
Müəllif: Lətifə Musayeva
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?