Bu ilin I yarısında Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsinin dəyəri 1,4 milyard ABŞ dolları təşkil edib.SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azdır.Hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub, ixracın dəyəri təxminən 747,8 milyon ABŞ dolları olmaqla 700,6 milyon dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 47,2 milyon ABŞ dolları profisit yaranıb.Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5,1 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10,3 % artıb.Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 75,9 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla)
Müəllif: Lətifə Musayeva
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?