Azərbaycan 2027-ci ildə dövlət büdcəsinin 3 milyard 166 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borclanma 2 milyard 751 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 86,9 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2027-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 275 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına isə 140 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır. Gələn il bu maliyyələşdirmədə məqsədli büdcə fondlarının vəsaitinin qalığı nəzərdə tutulmayıb.
Mətləb
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...