Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib.
ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...
Ukrayna PUA zərbələri Rusiya ixracını aşağı saldı...