Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
...Ukraynanın "Naftoqaz" və Macarıstanın enerji şirkətləri MOL, Ukrayna-Macarıstan sərhədi yaxınlığında Macarıstan ərazisində neft anbarlarının tikintisi ilə bağlı memorandum imzalayıblar.
SİA xəbər verir ki, bu barədə "Naftoqaz" özünün Telegram kanalında məlumat verib. Sənəd Karpat səkkizliyi sammiti çərçivəsində imzalanıb.
Ukrayna şirkətinin idarə heyətinin sədri Sergey Fedorenko bildirib ki, təchizat marşrutlarının şaxələndirilməsi və atəş zonasından kənarda əlavə neft anbarlarının yaradılması yanacaq infrastrukturuna davamlı hücumlar fonunda bütün bazarın sabitliyi məsələsidir.
O əlavə edib ki, gələcəkdə birgə layihənin həyata keçirilməsi yalnız Ukrayna istehlakçıları üçün yanacaq təchizatının etibarlılığını artırmaqla yanaşı, həm də Ukrayna ilə Macarıstan arasında sərhədyanı enerji infrastrukturunun qarşılıqlı faydalı inkişafına töhfə verəcək.
Əli Babayev
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...