PDF Oxu

İqtisadiyyat

  • 946

Dövlət büdcəsinin təsnifatı barədə Baş nazirdən YENİ QƏRAR

image

"Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalanıb. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı" və "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı" yeni redaksiyada təsdiqlənib.

Dəyişiklik dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə həyata keçirilib.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, eləcə də icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri üzrə sifarişlərini yeni funksional və inzibati təsnifata uyğun hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bununla yanaşı, Maliyyə Nazirliyi yeni təsnifatın 2027-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı sifarişlər əsasında test rejimində tətbiqi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görəcək. Qərarın büdcə xərclərinin funksional və inzibati təsnifatına dair müddəaları 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mətləb

Digər xəbərlər

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...

Bazar nikbinlik üçün səbəb tapdı...

Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...