PDF Oxu

İqtisadiyyat

  • 968

Forumun ilk günü: bir sessiyada 12 sənəd imzalanacaq

image

Azərbaycan regionlar arasında strateji keçid məkanı kimi qlobal iqtisadi sistemdə mövqeyini möhkəmləndirmək, investisiya imkanlarını genişləndirmək və regional bağlantıları inkişaf etdirmək istiqamətində müzakirələrin mərkəzində olacaq.

AİİF-nun ilk günü təşkil edilən “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” adlı sessiyada qloballaşmanı yenidən formalaşdıran makroiqtisadi və geosiyasi qüvvələr, regional inteqrasiya, qarşılıqlı asılılığın yeni formaları və Azərbaycanın gələcək qlobal iqtisadi nizamda rolu diqqət mərkəzində oldu.

Müzakirələr hazırda davam edir. Müzakirələr zamanı Azərbaycanın enerji tərəfdaşı və nəqliyyat-bağlantı qovşağından istehsal, investisiya və regional dəyər yaradılması üçün daha geniş platformaya çevrilməsi imkanları da nəzərdən keçirilir.

Sessiya çərçivəsində iqtisadçı və strateq, Roubini Macro Associates şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Fireside Discussion” formatında qlobal iqtisadi perspektivlərə dair müzakirə keçiriləcək.

Müzakirəyə Euronews-un Direktorlar Şurasının sədri Pedro Vargas David moderatorluq edəcək.

Tədbirin əsas məruzəsi “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımı üçün mərkəzi qovşaq” mövzusuna həsr olunacaq. Məruzəni The European House – Ambrosetti & TEHA Group-un CEO və Managing Partner-i Valerio De Molli təqdim edəcək.

Sessiya çərçivəsində yüksək səviyyəli panel müzakirəsi də təşkil olunacaq. Paneldə qlobal artımın, investisiyaların və bağlantının gələcəyinin formalaşdırılması məsələləri müzakirə ediləcək.

Sessiyanın yekununda 12 sənədin imzalanması nəzərdə tutulur.

Lalə Mehralı

Digər xəbərlər

ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir

Hindistan neft emalı zavodları Rusiya neftinin payını azalda bilər…

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...