PDF Oxu

İqtisadiyyat

  • 401

İnvestisiya Forumunda 10,8 milyard dollarlıq layihələr üzrə 23 sənəd imzalanıb

image

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələri üzrə 23 sənəd imzalanıb.

Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumda dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak ediblər.

“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan tədbirdə qlobal iqtisadi gündəm, investisiya imkanları və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

Forumda Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzuları olub.

İmzalanan sənədlər süni intellekt, enerji, bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Bakı Enerji Həftəsi çərçivəsində iyun ayında elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq.

Bu layihələrin həyata keçirilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına töhfə verəcəyi bildirilir.

Lalə Mehralı

Digər xəbərlər