PDF Oxu

İqtisadiyyat

  • 2 181

Banklarda ödəniş kartlarının sayına yeni yanaşma tətbiq edilir -QURUMDAN AÇIQLAMA

image

Azərbaycan Banklar Assosiasiyasından SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, ödəniş kartlarının sayına dair yeni yanaşmanın əsas məqsədi vətəndaşların kart istifadəsini məhdudlaşdırmaq deyil, ödəniş xidmətlərindən sui-istifadə risklərini azaltmaq və risk əsaslı yanaşmanın daha vahid formada tətbiqini təmin etməkdir.Qeyd olunub ki, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.Bildirilib ki, bu yanaşma yalnız konkret bank üzrə tətbiq edilir və müştərinin digər banklardan ödəniş kartı əldə etməsinə hər hansı məhdudiyyət yaratmır.Azərbaycan Banklar Assosiasiyasından əlavə olaraq bildirilib ki, banklar risk əsaslı yanaşma çərçivəsində müştərilərin ehtiyaclarını və kartlardan istifadə məqsədini nəzərə alaraq əlavə kartların verilməsini də təmin edə bilərlər.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər

“Rusiya kənarda tarazlıq saxlayır..."

2027-ci ildə kəskin azalma mümkündür...

Kreml Rusiyanın biznes elitasının gözləntilərini doğrultmadı

Bloomberg: Rusiyanın ən varlı adamlarından biri Rusiya iqtisadiyyatının üzləşdiyi əsas problemi müəyyən etdi...

Pekin və Brüssel iki günlük danışıqlar aparıblar

Bloomberg: Çin və Aİ əsas mübahisələrini ticarət müharibəsi olmadan həll ediblər...