Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...
..."Rusiyanın azadlığı" müqavimət hərəkatı Rusiya Federasiyasında düşmən xətlərinin arxasında "Barrel əməliyyatı" adlı genişmiqyaslı əməliyyat həyata keçirib. Təxribat nəticəsində 10.000 tondan çox neft məhv edilib və itkilər 10 milyon dolları keçib.
SİA xəbər verir ki, bu barədə 26 sentyabrda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.
Əməliyyat zamanı yeraltı döyüşçülər xam neft daşıyan onlarla tanker vaqonunu partladıblar.
Onlar həmçinin işğalçıların strateji resursları və hərbi təchizatı daşımaq üçün istifadə etdiyi dəmir yolu logistika sisteminin müəyyən elementlərini sıradan çıxara biliblər.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, əməliyyatdan əvvəl geniş hazırlıq aparılıb. Müqavimət döyüşçüləri müvafiq düşmən strukturlarına sızıb, məxfi məlumatlar əldə edib və Rusiya logistikasında zəiflikləri müəyyən ediblər.
Ukrayna müdafiə qüvvələrinin neft emalı və liman infrastrukturuna zərbələri Rusiyanı neftin saxlanması və daşınması üçün alternativ üsullar axtarmağa sövq etdikdən sonra neft tankerləri yeraltı döyüşçülərin hədəfinə çevrilib.
...Barrel nümayiş etdirdi ki, hətta öz ərazisində belə təcavüzkar dövlət öz logistika marşrutlarının təhlükəsizliyinə zəmanət verə bilməz, - deyə kəşfiyyat zabitləri vurğuladılar. Baş Kəşfiyyat İdarəsi əməliyyatın bütün iştirakçılarının təhlükəsiz olduğunu qeyd edib.
Əli Babayev
Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...
Rusiya gübrələrinə diqqət yetirməyin vaxtıdır...