"Abşeron yatağının birinci fazasında hasilatın 1,5 milyard kubmetr qaz təşkil etdiyi halda, tammiqyaslı işlənmə mərhələsində bu göstəricinin 6 milyard kubmetrə çatdırılması nəzərdə tutulur".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəyli deyib.Onun sözlərinə görə, Azərbaycanın qaz ixracının Avropaya yönəldilməsi ölkənin Avropa enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə imkan yaradır. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirakını və qaz təchizatçısı kimi rolunu gücləndirir:"Digər diqqətçəkən məqam ərəb kapitalının Xəzər dənizindəki enerji layihələrinə marağının artmasıdır. Ərəb investorların hasilat layihələrində iştirakı Azərbaycanın enerji sektoruna yeni kapital axınının formalaşması baxımından əhəmiyyətlidir.Eyni zamanda, ExxonMobil şirkətinin Azərbaycana qayıtması da diqqətəlayiq hadisədir. Şirkətin 1990-cı illərdə Azərbaycanda fəaliyyəti olub. Onun yenidən ölkənin neft-qaz sektoruna maraq göstərməsi Azərbaycanın enerji potensialına beynəlxalq investorların diqqətinin davam etdiyini göstərir.ConocoPhillips şirkətinin Azərbaycanda fəaliyyətə maraq göstərməsi və yeni qaz yataqlarının axtarışı istiqamətində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi də bu prosesin bir hissəsidir. Bununla yanaşı, Apollo ilə investisiya memorandumu imzalanması xarici kapitalın Azərbaycan iqtisadiyyatına, o cümlədən neft-qaz sektoruna marağının göstəricilərindən biri kimi qiymətləndirilə bilər.Bütün bunlar Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın genişləndiyini göstərir. SOCAR-ın xarici bazarlarda fəaliyyətini artırması və müxtəlif ölkələrdə enerji aktivlərinə investisiya yatırması şirkətin qlobal enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın enerji şirkətlərinin xaricdə yeni layihələrə qoşulması və aktivlər əldə etməsi də bu qloballaşma prosesinin mühüm istiqamətlərindən biridir".
Müəllif: Günel Fərzəliyeva
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...
Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...