Azərbaycan Çexiya ilə dəmir yolu sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.SİA xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.Onun sözlərinə görə, qlobal təminat zəncirləri inkişaf etdikcə, bizneslər daha etibarlı, səmərəli və dayanıqlı nəqliyyat marşrutlarına ehtiyac duyur: "Azərbaycan Şimal-Cənub xəttinin birləşməsindəki rolunu gücləndirməklə yanaşı, Şərq-Qərb dəhlizinə də əhəmiyyətli investisiyalar yatırır. Bu marşrutların kəsişməsindəki strateji mövqeyimiz, dəmir yollarına, limanlara, logistika infrastrukturuna qoyulan investisiyalarla dəstəklənərək beynəlxalq ticarət üçün mühüm imkanlar yaradır. Məqsədimiz sadəcə tranzit dəhlizi olmaq deyil, həm də biznes və investorlar üçün dəyər yaradan regional logistika mərkəzinə çevrilməkdir"."İnanırıq ki, Çexiya şirkətləri texnologiya, mühəndislik təcrübəsi və uzunmüddətli sənaye tərəfdaşlığı vasitəsilə bu inkişafa töhfə verə bilərlər. Çexiya güclü mühəndislik və sənaye ənənələrinə malikdir. Azərbaycan isə dəmir yolunun modernləşdirilməsini, rəqəmsallaşdırılmasını və əməliyyat səmərəliliyinin artırılmasını davam etdirir. Buna görə də dəmir yolu mühəndisliyi avadanlıqları, innovativ texnologiyalar və modernləşdirmə layihələri üzrə əməkdaşlıq potensialı görürük. Layihəmizin məqsədi hər iki ölkənin prioritetləri və maraqları ilə uzlaşan, qarşılıqlı faydalı və kommersiya baxımından əlverişli tərəfdaşlıqlar yaratmaq üçün Çexiyanın təcrübəsini Azərbaycanın inkişaf ehtiyacları ilə birləşdirən praktiki əməkdaşlıq imkanlarını müəyyən etməkdir", - deyə icraçı direktor əlavə edib.
Problem neft emalının gücündədir…
Belarus əsas xarici təchizatçı oldu...
Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...
Qara dəniz limanlarının bağlanması səbəbindən...
Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...
Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...
Heç kim risk etmək istəmir...
Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...
Neft emalı xüsusilə ağır zərbə aldı...
Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…