“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb, banklar arasında rəqabət mühiti isə yaxşılaşıb”.SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.Onun sözlərinə görə, bank sektorunda iri bankların aktivlər və digər göstəricilər üzrə daha böyük paya malik olması yalnız Azərbaycana xas deyil, bir çox ölkələrin bank sistemlərində müşahidə olunan xüsusiyyətdir.Şahin Mahmudzadə qeyd edib ki, son dörd ildə bank sektorunda təmərküzləşmə səviyyəsinin azalması rəqabət mühitinə müsbət təsir göstərib.O bildirib ki, iri və kiçik bankların maliyyələşmə imkanları arasında fərqlər mövcuddur. Böyük bankların daha əlverişli maliyyələşmə imkanlarına malik olması onların texnoloji sistemlərə daha çox investisiya yatırmasına və müştərilərə daha geniş xidmətlər təqdim etməsinə şərait yaradır.Baş direktorun sözlərinə görə, bank sektorunda rəqabətin inkişafı və bazar iştirakçılarının imkanlarının genişlənməsi istiqamətində müəyyən təşəbbüslər də nəzərdən keçirilir.O əlavə edib ki, bank sektorunda struktur dəyişiklikləri və bazar paylarının yenidən bölüşdürülməsi müəyyən zaman tələb edən prosesdir.
Müəllif: Günay Hacıyeva
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...