PDF Oxu

İqtisadiyyat

  • 576

BP dənizdə tikinti işlərinə başlayıb - AÇIQLAMA

BP dənizdə tikinti işlərinə başlayıb - AÇIQLAMA

"Şahdəniz Kompressiya" (ŞDK) layihəsi üzrə mühüm bir mərhələ əldə olunub. BP dənizdə boru payaların quraşdırılması əməliyyatlarını uğurla başa çatdırıb və layihə üzrə dənizdə tikinti işlərinə başlayıb.

BP-dən SİA-ya bildirilib ki, son bir neçə həftə ərzində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək 4 boru paya Xankəndi sualtı tikinti gəmisi vasitəsilə təhlükəsiz şəkildə dənizə daşınaraq öz yerinə quraşdırılıb.

Əməliyyatların əsas məqamları olaraq qeyd olunub ki, hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym və çəkisi 292 ton olan bu payalar bp-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır. Quraşdırma zamanı payaların sabitliyini və şaquli vəziyyətdə qalmağını təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə edilib. Həmçinin kampaniya çərçivəsində BP-nin regiondakı əməliyyatlarında ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilib.

Bu əməliyyatlar ŞDK layihəsinin həyata keçirilməsində əhəmiyyətli bir addımdır və 2028-ci ilin birinci yarısına planlaşdırılan növbəti mühüm mərhələ - platformanın dayaq blokunun quraşdırılması üçün yol açır.

Mətləb

Digər xəbərlər

Ruslar üçün inflyasiya qumbarası...
Ruslar üçün inflyasiya qumbarası...

“Seçkilərdən” sonra Rusiya hakimiyyəti ailə büdcələrinə zərbə vurdu...

Avropa Mərkəzi Bankının rəhbəri Putinə güclü bir mesaj çatdırdı
Avropa Mərkəzi Bankının rəhbəri Putinə güclü bir mesaj çatdırdı

Kristin Laqard Rusiya maliyyə nazirinə Ukraynadakı müharibə ilə bağlı fikirlərini bildirdi...

“Rosatom” Qazaxıstanda müqavilələrini itirir
“Rosatom” Qazaxıstanda müqavilələrini itirir

Rusiya qurumları ilə əməkdaşlıq çox riskli hala gəldi...

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb
Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb

Ukraynanın yeraltı anbarlarında qaz ehtiyatları 16 milyard kubmetrə çatıb...

Si Cinpinin ambisiyaları Çin iqtisadiyyatını tələyə salır...
Si Cinpinin ambisiyaları Çin iqtisadiyyatını tələyə salır...

Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…