Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar. Bu barədə İtaliyanın iqtisadi inkişaf naziri Adolfo Urso sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, iki ölkənin strateji tərəfdaşlığı əməkdaşlığın enerji sektorundan kənara çıxarılmasını və Azərbaycan investisiyalarının İtaliyanın istehsal sektoruna cəlb edilməsini nəzərdə tutur.
O qeyd edib ki, tərəflər süni intellekt və robototexnika da daxil olmaqla, innovativ sahələrdə texnoloji və sənaye tərəfdaşlığını inkişaf etdirmək niyyətindədirlər:
"İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") dəstəyi ilə İtaliyanın Müəssisələr və İstehsal Nazirliyi (MIMIT) və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi İtaliya-Azərbaycan forumunda bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalanıb. "Confindustria"nın prezidenti Emanuele Orsini və nazir Antonio Tayaninin iştirakı ilə imzalanan sənəd məhz bu məqsədə xidmət edir".
O əlavə edib ki, söhbət tədarükün şaxələndirilməsi və istehsal zəncirinin bütün mərhələlərində investisiyaların təşviqi məqsədilə Azərbaycanın resursları ilə İtaliyanın səriştələrinin birləşdirilməsindən gedir. Bu prosesdə "Made in Italy" Milli Fondunun mümkün dəstəyi də nəzərdə tutulur.
"Azərbaycan, həmçinin İtaliyanın Porto-Margerada yaratmağı təklif etdiyi kritik əhəmiyyətli xammal üzrə strateji anbar layihəsinin həyata keçirilməsində mühüm tərəfdaş ola bilər. Bu, tədarükdə yaranan fasilələrdən İtaliya və Avropa sənayesini qorumaq, eləcə də strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyan Avropada bu növ ilk pilot obyekt ola bilər", - nazir əlavə edib.
Mətləb
“Seçkilərdən” sonra Rusiya hakimiyyəti ailə büdcələrinə zərbə vurdu...
Kristin Laqard Rusiya maliyyə nazirinə Ukraynadakı müharibə ilə bağlı fikirlərini bildirdi...
...Və bu, yuan deyil
Rusiya qurumları ilə əməkdaşlıq çox riskli hala gəldi...
Ukraynanın yeraltı anbarlarında qaz ehtiyatları 16 milyard kubmetrə çatıb...