PDF Oxu

İqtisadiyyat

  • 1 067

Birjalarda eniş: neft qiymətləri geriləyir

Birjalarda eniş: neft qiymətləri geriləyir

Dünya maliyyə bazarlarında həftənin ilk günü qeyri-müəyyənliklə başlayıb. “Associated Press”in məlumatına görə, Asiya birjalarının əksəriyyətində indekslər aşağı düşüb. Buna ABŞ fond bazarında ardıcıl ikinci həftə qeydə alınan itkilər və investorların qlobal iqtisadi risklərlə bağlı narahatlıqları təsir göstərib.

Yaponiyanın “Nikkei” indeksi 0,1 faiz, Cənubi Koreyanın “Kospi” indeksi 1,1 faiz, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,2 faiz geriləyib. Honq-Konqun “Hang Seng” indeksi 0,2 faiz yüksəlsə də, Şanxay birjasının göstəricisi 0,4 faiz azalıb.

Neft bazarında da qiymət enişi müşahidə olunub. “Brent” markalı neftin bir bareli 1,3 faiz ucuzlaşaraq 110,23 dollara, ABŞ xam nefti isə 1,7 faiz azalaraq 101,52 dollara düşüb. Bununla belə, “Brent” neftinin qiyməti ötən cümə günü 116,72 dollara yüksələrək 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatmışdı.

İnvestorların diqqəti bu həftə ABŞ-ın iri texnologiya şirkətlərinin maliyyə nəticələrinə və mərkəzi bankların qərarlarına yönəlib. “Alphabet”, “Microsoft” və “Amazon” şirkətlərinin hesabatları süni intellektə yatırılan böyük vəsaitlərin nə dərəcədə gəlir gətirdiyini qiymətləndirmək baxımından əhəmiyyət daşıyır.

Eyni zamanda, inflyasiya və dövlət borclarının artması qlobal istiqraz bazarlarına təzyiq göstərir. ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı qərarı da bazar iştirakçılarının əsas gözləntiləri sırasındadır.

Digər xəbərlər

Çin şirkəti Özbəkistan taksi bazarına çıxmağı planlaşdırır...
Çin şirkəti Özbəkistan taksi bazarına çıxmağı planlaşdırır...

Çin şirkətinin çıxış xəbəri ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan Yandex Go-nun işində genişmiqyaslı nasazlıq yaradıb...

Çin iqtisadiyyatı ciddi bir zəifliyi gizlədir
Çin iqtisadiyyatı ciddi bir zəifliyi gizlədir

Pekin dünyanı ucuz mallarla doldurur, lakin fabrikləri mənfəət itirir…

Avropada qazın qiyməti 1 050 dolları ötüb
Avropada qazın qiyməti 1 050 dolları ötüb

...2022-ci ilin dekabrından bəri ilk dəfə