2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda gəlirlər real ifadədə 11,1 faiz artaraq 3 milyard 257,1 milyon manata çatıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən SİA-ya bildirilib ki, hesabat dövründə informasiya və rabitə sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 57,3 faiz artaraq 376,5 milyon manat təşkil edib. Sektorun ÜDM-də payı 2 faiz, qeyri-neft-qaz ÜDM-də payı isə 2,9 faiz olub.İnformasiya və rabitə sektoruna qoyulan investisiyalar da yeni imkanların formalaşmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verir. Sektora yatırılan investisiyaların həcmi real ifadədə 57,3 faiz artaraq 376 milyon 500 min manat təşkil edib.Nəqliyyat və anbar təsərrüfatı sektorunda məhsul buraxılışı 13 milyard manata çatırNəqliyyat və anbar təsərrüfatı sektorunda da iqtisadi göstəricilər yüksəlir. Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını və tranzit imkanlarını genişləndirir. Nəqliyyat infrastrukturunun inkişafı, rəqəmsallaşma, yükdaşımaların səmərəliliyinin yüksəldilməsi, daşınma müddətinin azaldılması tranzit daşımaların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.Bu ilin yanvar–sentyabr ayları ərzində sektorda yaradılan əlavə dəyərin həcmi 7 milyard 596 milyon manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz çoxdur.Bununla da sektorun ÜDM-də payı 7,4 faiz, qeyri-neft/qaz ÜDM-də payı isə 10,6 faizə çatıb.Nəqliyyat və anbar sektorunda göstərilmiş xidmətlərin həcmində də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, hesabat dövründə sektorun məhsul buraxılışı real ifadədə 10 faiz artaraq 12 milyard 816 milyon 600 min manata yüksəlib.Müqayisə dövrü ərzində sektora yatırılan investisiyalar 3 milyard 208 milyon 800 min manat təşkil edib ki, bu da real ifadədə 9,7 faiz artım deməkdir.İnformasiya–rabitə, nəqliyyat–anbar təsərrüfatı sektorlarında yeni layihələrin həyata keçirilməsi, texnoloji yeniliklərin tətbiqi və xidmət imkanlarının genişləndirilməsi gələcək inkişafa zəmin yaradır. Sözügedən sektorların inkişafı iqtisadiyyatın davamlı artımını dəstəkləyir.
Çin şirkətinin çıxış xəbəri ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan Yandex Go-nun işində genişmiqyaslı nasazlıq yaradıb...
Pekin dünyanı ucuz mallarla doldurur, lakin fabrikləri mənfəət itirir…
...2022-ci ilin dekabrından bəri ilk dəfə