PDF Oxu

İqtisadiyyat

  • 551

İyul-oktyabr aylarında Rusiya buğdasının xaricə tədarükü 39,6 faiz azalıb

Ukrayna PUA zərbələri Rusiya ixracını aşağı saldı...

İyul-oktyabr aylarında Rusiya buğdasının xaricə tədarükü 39,6 faiz azalıb

..."Rusaqrotrans" analitik mərkəzi bildirib ki, 2026-cı ilin iyul-oktyabr aylarında (kənd təsərrüfatı ilinin ilk dörd ayı) Rusiyadan buğda tədarükü 10,26 milyon ton təşkil edəcək. İllik ifadədə tədarük həcmi 39,6 faiz azalacaq. Arpa üçün azalma 25 faiz, 2,28 milyon tona, qarğıdalı üçün 5,4 faiz, 1,23 milyon tona qədər olacaq.

Taxıl ixracının kəskin azalması logistika məhdudiyyətləri ilə izah olunur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Kommersant" yazır.

2026-cı il iyulun ortalarından etibarən Ukrayna PUA-larının kütləvi hücumları Qara və Azov dənizlərinin böyük həcmdə infrastrukturunu sıradan çıxardı. Bu kanal vasitəsilə çatdırılma indi məhduddur.

"Rusaqrotrans" analitiklərinin hesablamalarına görə, 2026-cı ilin iyun-oktyabr aylarında Novorossiysk limanı vasitəsilə 2,13 milyon ton və ya bütün buğdanın 20,8 faizi ixrac edilmişdir.

Tədarükün həcmi illik ifadədə 71,1 faiz azalıb. Qafqaz limanı ilə ixrac 2025-ci ildə 3,79 milyon tondan 2026-cı ildə 400 min tona qədər azalıb. Tuapse vasitəsilə tədarüklər təxminən eyni səviyyədə qaldı - mövsümün dörd ayında təxminən 500 min ton...

Taxıl ixracı əsasən Baltik limanlarına yönəlib.

"Rusaqrotrans" analitiklərinin hesablamalarına görə, onlar vasitəsilə 2026-cı ilin iyul-oktyabr aylarında ümumilikdə 38,3 faiz buğda ixrac edilib. Yalnız oktyabr ayında onların payı 65 faiz ola bilər. Burada əsas mərkəz dörd ay ərzində ümumi ixracın 14 faizini təşkil edən Ust-Luga idi, bir il əvvəl isə həmin dövrdə onun payı sıfıra bərabər idi. Vısotskinin payı 9,4 faizə çatmışdır. Baltikyanı digər limanlara 1,16 milyon ton göndərmə düşüb.

Hər il iki dəfə artmışdır. Sankt-Peterburqa 454 min ton düşür. Ötən mövsüm iyul-oktyabr aylarında bu liman vasitəsilə buğda ixrac edilməmişdir.

Əli Babayev

Digər xəbərlər