PDF Oxu

İqtisadiyyat

  • 2 300

SOCAR bu ilin 3-cü rübünün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

SOCAR bu ilin 3-cü rübünün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21 min metrdən çox qazma işləri həyata keçirilib.SİA SOCAR-a istinadən xəbər verir ki, bu barədə şirkətin bu ilin 3-cü rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.Məlumata görə, hesabat dövründə həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3 % artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton neft, 1,7 milyard kubmetr qaz hasil olunub.Ölkə üzrə qaz hasilatı 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin üçüncü rübü üzrə Azərbaycanda 6,6 milyon ton xam neft hasil olunub.Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.Bu ilin üçüncü rübündə SOCAR tərəfindən 1,6 milyon tondan çox neft, 632 milyon kubmetrə yaxın qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,8% artım qeydə alınıb.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...

Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi
Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi

Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib
Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...

Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir
Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir

Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…