PDF Oxu

İqtisadiyyat

  • 23

Azərbaycan Sənaye Bankı Qazax sahibkarlarını kreditlə təmin etdi

Azərbaycan Sənaye Bankı Qazax sahibkarlarını kreditlə təmin etdi
"ASB" son üç ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondun (SKMF) vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması üçün seçilmiş müvəkkil kredit təşkilatı olaraq uğurla fəaliyyət göstərir. Qazaxdakı İdman və Olimpiya Mərkəzində təşkil olunmuş mərasimdə, Azərbaycan Sənaye Bankı Sahibkarlığa Kömək Milli Fondunun müşahidə şurasının qərarına əsasən, kiçik və orta sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilməsini həyata keçirmişdir.
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu, yerli İcra hakimiyyəti ilə yanaşı İqtisadi İnkişaf Nazirliyi və KİV nümayəndələri də iştirak etmişdir. Mərasim, bölgədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin, kənd təsərrüfatının və digər investisiya layihələrinin maliyyələşdirilməsi və əldə olunan nailiyyətlərdən bəhs edən sərginin açılışı ilə başladı. Təşkil olunmuş mərasim, daha sonra kiçik və orta sahibkarlıq nümayəndələrinə, "ASB"-nin əməkdaşları tərəfindən kredit şərtlərinə uyğun, Nağd pul şəklində verilməsi ilə davam etdi. Beləliklə ümumilikdə, 15 nəfər (24 aprel Xaçmaz şəhərində 8 (səkkiz) nəfər ilə yanaşı 01 may Qazax bölgəsində 7 (yeddi) nəfər) iş adamına, cəmi 15 000 AZN məbləğində güzəştli kredit verildi. "Biz işləyirik, Siz qazanırsınız" devizi ilə fəaliyyət göstərən Azərbaycan Sənaye Bankı həyata keçirdiyi layihələrlə ölkənin ən etibarlı bankına çevrilmişdir.

Digər xəbərlər