Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 175-ci iclasında iştirak edəcək.
Bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edək ki, toplantıda OPEC üzrə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunması gözlənilir. İclasda, həmçinin iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər nəzərdən keçiriləcək. Bundan başqa, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC-in əməkdaşlıq müqaviləsi imzalaması da planlaşdırır.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.
yap.org.az
Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...
Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...
Heç kim risk etmək istəmir...
Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...
Neft emalı xüsusilə ağır zərbə aldı...
Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…