Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər üç gündür barama tədarükünə başlayıblar. Artıq 701 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xocavəndli məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 50 qutu (950 qram) ipəkqurdu toxumu yetişdirilib. Cari mövsümdə iki ton barama tədarük ediləcəyi gözlənilir.Qeyd edək ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 42 min ədəd tut tingi əkilib. Xocavəndli kümçülər 2018-ci ildə 1 ton 47 kiloqram, 2019-cu ildə 2 ton barama istehsal ediblər.
AZƏRTAC
Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…
Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...
Problem neft emalının gücündədir…
Belarus əsas xarici təchizatçı oldu...
Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...
Qara dəniz limanlarının bağlanması səbəbindən...
Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...