“Ermənistan iqtisadiyyatında ciddi problemlər müşahidə olunur” ÖZƏL-MÜNASİBƏT

Ermənistan iqtisadiyyatı savaşın ilk günlərindən artıq reaksiya verməyə başladı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.Millət vəkilinin sözlərinə görə, nəzərə alsaq ki, savaşın ilk günlərində Ermənistanda milli valyutanın dəyərsizləşməsi müşahidə olundu, dram aparıcı valyutalara nisbətən dəyərini itirməyə başladı və təbii ki, savaşın davam etdiyi müddətdə Ermənistanda həm istehlak bazarının qiymələrin artması, buna uyğun olaraq inflyasiya səviyyəsinin yüksəlməsi qeydə alındı.“Ötən müddət ərzində Ermənistan parlamenti dövlət büdcəsinə baxaraq xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul etdi və təbii ki, burada məqsəd də ondan ibarət idi ki, Ermənistan əslində daha çox emissiya, və ya daha çox xarici borclanmaya gedərək, faktiki olaraq bu gün Ermənistanda müşahidə edilən iqtisadi, sosial problemləri müəyyən qədər səngitməyə çalışır. Amma təbii ki, bazar, eyni zamanda Ermənistan iqtisadiyyatı buna reaksiya verir və istehlak bazarında müşahidə edilən qiymət artımları da ondan xəbər verir ki, Ermənistan iqtisadiyyatında ciddi problemlər müşahidə olunur. Eyni zamanda, baxmayaraq ki, mütəmadi olaraq Ermənistanda bir sıra supermarketlər, həmçinin şirkətlər Ermənistan ordusuna yardım edilməsi ilə bağlı açıqlamalar verir, amma reallıqda onlar istehlak bazarında öz məhsullarının qiymətlərini artıraraq etdikləri yardımı daha çox formada Ermənistan vətəndaşları hesabına kompensasiya edirlər. Bu da təbii ki, Ermənistanın istehlak bazarında qiymətlərin artmasını və inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Bu baxımdan növbəti dövrlərdə də Ermənistanda qiymət artımlarının davam edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Ermənistan üçün bu savaş dövrü iqtisadi baxımdan kifayət qədər ağır bir dövr olaraq qiymətləndirilir. Artıq aparıcı beynəlxalq qiymətləndirici şirkətlər, o cümlədən “Fitc” Agentliyi Ermənistanın kredit reytinqini azaldıb. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə biz Ermənistan iqtisadiyyatında daha böyük bir tənəzzül müşahidə edəcəyik. Eyni zamanda bu, istehlak bazarında qiymət artımı və inflyasiya səviyyəsinin yüksəlməsinə və təbii ki, Ermənistanda yoxsulluq həddinin daha da dərinləşməsinə gətirib çıxaracaq”, deyə Vüqar Bayramov bildirib.

sia.az