PDF Oxu

İqtisadiyyat

  • 3 108

"Ayrılan vəsait regionların inkişafına böyük təsir göstərəcək" - İQTİSADÇI EKSPERT AÇIQLADI

"Ayrılan vəsait regionların inkişafına böyük təsir göstərəcək" - İQTİSADÇI EKSPERT AÇIQLADI

"Regional magistiral yolların çəkilməsinə hər zaman kifayət qədər vəsait ayrılır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.Onun sözlərinə görə, bu vəsaitin nəticəsində regionlarda gediş-gəliş yaxşılaşır və rahatlaşır. Atılan bu addım növbəti mərhələdə regionlarda iqtisadi aktivliyin artmasına kömək edəcək amillərdən birinə çevrilir.Natiq Cəfərli bu haqda fikrini belə izah edib: "Çünki yol inrastrukturunun keyfiyyətli olması və rahatlaşdırılması həm regionda yaşayan əhalinin bir-biri ilə münasibətlərini, gediş-gəlişini asanlaşdırır, həm də regionlarda iqtisadi əlaqələrin yaxşılaşmasına gətirir çıxarır. Kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasının sürətini artır və vaxtını azaldır. Bu da fermerlərə və regionlarda yaşayan insanlara iqtisadi aktivlik üçün kifayət qədər kömək edən amildir. Buna görə də, regionlarda yol infrastrukturlarının qurulması və ya onların yenidənqurulması ümumi regionların inkişaf proqramının tərkib hissəsidir. Bu istiqamətdə illərdir vəsaitlər ayrılıb. Ayrılan vəsaitin xərclənməsinə nəzarətin gücləndirilməsi, effektivliyinin artırılması, qurulan infrastruktura nəzarətin gücləndirilməsi əsas məsələdir. Bununla da ayrılan vəsait regionların inkişafı üçün daha da böyük təsir göstərmiş olacaq".

Müəllif: Turqay Musayev

sia.az

Digər xəbərlər

Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...
Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...

ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...

Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir
Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir

... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir
Rusiya bankları maliyyə “bombası”nın üzərindədir

Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır
Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır

Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...

Bazar 60 faiz kiçilib
Bazar 60 faiz kiçilib

İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...