PDF Oxu

İqtisadiyyat

  • 3 383

"Zəngəzur dəhlizi yeni tranzit və ixrac potensialı deməkdir” - Aydın Hüseynov

"Zəngəzur dəhlizi yeni tranzit və ixrac potensialı deməkdir” - Aydın Hüseynov

"Azərbaycan Respublikası Prezidenti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayb. Sənədə əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılacaq". SİA xəbər verir ki, Fərmanının əhəmiyyəti haqqında açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, kifayət qədər böyük iqtisadi imkanları olan Şərqi Zəngəzur iqtisadi rayonunun 27 ildən çox işğal altında qalması səbəbindən potensialından istifadə edilə bilinməyib: “İşğaldan azad olunmamışdan əvvəlki ildə sözügedən iqtisadi rayonda cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Şərqi Zəngəzurun ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi cəmi 0.1 faiz olub. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlədə ifadə olunmayb. Göründüyü kimi, 27 ildən çox müddətdə həmin ərazilərimizin böyük iqtisadi potensialı Ermənistan işğalı nəticəsində məhv edilib.

Cəbrayıl rayonunda Sənaye Parkının yaradılması regionun sənaye potenisalının reallaşmasına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonu təbii ehtiyatlarının həcmi baxımından seçilən rayonlarımızdandır. Bu, sənaye məhsullarının istehsalı üçün yeni imkanlar yaradır.

Digər tərəfdən, Şərqi Zəngəzur iqtisadi rayonunda çox yaxın gələcəkdə regional nəqliyyat və logistik şəbəkə formalaşacaq. Zəngəzur dəhlizinə inteqrasiya və Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası kontekstində logistik imkanlar daha da güclənəcək. Bu isə yeni tranzit və ixrac potensialı deməkdir”.

Deputat vurğulayıb ki, Sənaye Parkında həm emal, həm də təkrar emal müəssisələrin yaradılacağı gözlənilir: “Sənədə əsasən, qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi prioritet olacaq. Bütövlükdə, Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonunda yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin olunmasına xüsusi töhvə verəcək. Bu isə regionun qeyri-neft ixrac imkanlarının formalaşacağından xəbər verir”.

Digər xəbərlər

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...

Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi
Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi

Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib
Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...

Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir
Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir

Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…