İllərdir yüksək keyfiyyəti ölkəmizi dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə təmsil edən “Azerçay” bu dəfə “Doğma fermerlər” layihəsini ictimaiyyətə təqdim etdi. Həyata keçirilmiş layihə çərçivəsində, Lənkəran və Astara rayonlarında uzun illərdir çayçılıqla məşğul olan fermerlər və Masallı rayonunda “Azerçay”a məxsus çay plantasiyalarında çalışan şirkət əməkdaşları ilə vieoçarx hazırlanıb. 100 faiz təbii çayın yetişdirilməsində bilavasitə iştirak edən qəhraman fermerlər müsahibə verərək təcrübələrini paylaşıblar. 12 oktyabr – Fermerlər Gününə həsr olunmuş “Doğma fermerlər” layihəsinin əsas məqsədi ölkəmizdə qədim ənənələrə malik çayçılığın qorunub saxlanılması və inkişaf etdirilməsində yaxından iştirak edən peşəkarlara təşəkkür bildirərək, onları geniş ictimaiyyətə tanıtmaqdır.
Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan doğma çayımız “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.
Videolar “Azerçay” markasının Youtube kanalına daxil olaraq izləyə bilərsiniz
Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…
Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...
Problem neft emalının gücündədir…
Belarus əsas xarici təchizatçı oldu...
Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...
Qara dəniz limanlarının bağlanması səbəbindən...
Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...