Müsahibə

  • 5 196

"Azərbaycanda azad iqtisadi zonaların yaradılması çox önəmli və zəruridir"

image

SİA-nın əməkdaşının suallarını beynəlxalq ekspert Asif İbrahimov cavablandırır:

- Bilirsiniz ki, ötən həftə cənab Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonanın təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonanın əhəmiyyəti nədən ibarətdir?
- Artıq dünya bazar iqtisadiyyatına keçir. Beynəlxalq ticarət şəbəkəsinin yazılmış və yazılmamış qanunları mövcuddur. Azad iqtisadi zonalar dünyanın bir çox ölkələrində yaradılır. Bunların yaradılmasının sosial, iqtisadi, strateji, mədəni, texniki əsasları vardır. İqtisadi zonalar yaradılarkən hər hansı ərazi vahidinin içərisində özünə müvafiq olaraq sadələşdirilmiş ticarət qanunauyğunluqları, yəni, sadələşdirilmiş gömrük və ya gömrükdən azad edilməsi prosedurları, sadələşdirilmiş vergi və ya vergidən azad edilməsi prosedurları, sadələşdirilmiş lisenziya prosedurları aiddir. Beynəlxalq ticarətə xidmət edən imkanların sadələşdirilməsidir. Azad iqtisadi zonalarda müəssəsələrin rentabelliyi daha yüksək olur. Aparılan statistikalara görə, həmin Azad iqtisadi zonalarada olan təşkilatlar adətən 30-35 faiz rentabelli fəaliyyət göstərir. Hətta 45-50 faizə qədər müəssənin mənfəət indeksi yükək olur. Bu baxımdan Azərbaycan kimi ölkələrdə azad iqtisadi zonaların yaradılması çox önəmli və zəruridir.
- Azad İqtisadi zonalar bir çox ölkələrdə yaradılıb. Sizcə bu zonaların yaradılması uğurludurmu, yoxsa uğursuz hallarda baş verir?
- Əksərən uğurlu olur. Məsələn Dubayı vergi cənnəti adlandırırlar. Məlumata görə, 1990-cı illərin əvvəllərində körfəz savaşlarının pik vaxtlarında strateji qərar verildi. Azad İqtisadi Zonaların yaradılması ilə bağlı addım atıldı. Dubay körfəz ölkələrindən biri olduğu üçün strateji əhəmiyyəti də var. Dubayda vergi və gömrük sisteminin formalaşma prosesi artıq başa çatıb. Dubay iqtisadi baxımdan inkşaf etmiş ölkələrdən biridir. Burada azad iqtisadi zonanın yaradılması nəticəsində yeni infrastrukturlar yaradıldı. Bunun göstəricisidir ki, digər yardımcı sahələrədə də inkişaf indeksi yüksəlməyə başladı.
- Azərbaycan Azad İqtisadi zonasının Ələt qəsəbəsində yaradılmasının səbəbi nədir?
- Səbəblərin biri o idi ki, Ələt qəsəbəsində bir çox istifadəsiz torpaqlar var. Ələt-Hacıqabul ərazilərindəki torpaqlar kənd təssərrüfatı üçün səmərəli deyil. Lakin ərazi genişdir. Eyni zamanda Ələt qəsəbəsində bir necə il öncə Beynəlxalq dəniz limanı inşa edilib. Bu da infrastruktur və yüklərin daşınması baxımından Azərbaycana çox böyük xeyiri var. Bu əraziyə bir çox yatırımlar yönləndirilib. Sözügedən ərazidə ciddi layihələrə imza atılıb. Bundan başqa Ələt qəsəbəsi həm Bakı-Qazax, həm də Bakı-Astara yolunun üzərində yerləşir. Eyni zamanda bu ərazidə yaşayan əhali ənənəvi olaraq iqtisadiyyatın istehsal qolunda iştirak edən şəxslərdir.
- Azad İqtisadi Zona da sahibkar fəaliyyətini necə qurur?

- Bu tip İqtisadi ərazi vahidlərinin yaradılması üçün ilk öncə fundamentin qoyulması tələb olunur. Yəni müvafiq qanunveriçiliklərin hazırlanması və mexanizmlərinin təhlil edildikdən sonra tətbiqi məsələsi ortaya çıxır. Azad İqtisadi Zonanın qanunverici sənədi hazırlanıb. Bu sənəddə gömrük və vergi rəsmiləşdirilməsi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirilib. Lakin düşünürəm ki, Azad İqtisadi Zonanın fəaliyyətinin praktikada görsək daha yaxşı olar. Qiyməti bazar müəyyənləşdirir. Tövsiyyə olunur ki, vətəndaşlarımız başqa ölkədən məhsul gətirərkən ixrac bəyannaməsi verilən zaman Azərbaycan dilinə tərcümə etdirib, müvafiq gömrük qurumuna təqdim etsinlər. Belə olduqda gömrük rəsmiləşdirilməsi daha asan olacaq.

sia.az

Digər xəbərlər