Xəbərlər

  • 3 878

Azərbaycan Prezidentinə yeni köməkçi təyin edilib - SƏRƏNCAM

image

Prezident İlham Əliyev A.V.Sipilinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

SİA xəbər verir ki, Sərəncamla Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Andrey Sipilinin qısa dosyesini təqdim edirik.

A.Spilin əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetində, sonra isə Bakı Dövlət Universitetində ali təhsil alıb.

2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.

O, Prezident Administrasiyasına gəlməzdən əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

2020-ci ilin əvvəlində Azərbaycanın Birinci vitse-prezidentinə köməkçi təyin edilib və 2022-ci il noyabrın 24-nə kimi həmin postu tutub..

Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın oğludur.

Milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Qoldman 1954-cü ildə Bakı şəhərində anadan olub.

Digər xəbərlər