Xəbərlər

  • 2 789

Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb

image

Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə noyabrın 30-da Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həmin şəxs Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğludur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub: "Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir".

Digər xəbərlər