Xəbərlər

  • 2 851

Forumun mühüm problemlərin həllinə töhfə verəcəyi şübhəsizdir

image

Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun göstəricisidir. Əsasən, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı mühüm, etibarlı tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər.

Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Məhz bunun nəticəsidir ki, bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Bu Forumda dünyanı narahat edən aktual problemlər ətrafında geniş müzakirələr aparılır, problemlərdən çıxış yolları üçün müxtəlif fikir və təkliflər səsləndirlirdi. Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək, bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb: “Birinci Forumdan başlayaraq bütün forumlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışılırdı. Artıq münaqişə başa çatıb. Həmçinin cənab İlham Əliyev qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini ifadə etdi. Cənab Prezident Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”.

Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır. Ölkə rəhbəri eyni zamanda, Qarabağ münaqişəsinin həllinin regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıdığını və bu münaqişənin həllinin regionda sülh üçün bir fürsət olduğunu bildirib. Azərbaycan Cənubi Qafqazda böyük və davamlı sülhün bərqərar olmasına çalışır. Cənab Prezidentimizin məqsədyönlü fəaliyyətində bu məsələ önəmli yer tutur. Regionun inkişafı məqsədilə bir sıra geniş miqyaslı addımlar atılmaqdadır. Yeni kommunukasiya xətləri çəkilir, iri layihələr icra olunur. Zəngəzur dəhlizi bu istiqamətdə əsas rol oynayacaqdır. Son olaraq bütün yaşananları göz önünə alsaq rahatlıqla demək olar ki, əvvəlki illərdə olduğu kimi, Bakıda keçirilən və müzakirə olunacaq mövzularının zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər